AZ

Millimizin oyunlarının tarixi müəyyənləşdi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

Msport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və hansı stadionda keçiriləcəyi ilə bağlı daha sonra məlumat veriləcək.

Seçilən
10
16
msport.az

10Mənbələr