AZ

La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib

İspaniya La Liqası təmsilçisi "Vilyarreal" "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer edib.

"Report" xəbər verir ki, bu barədə "sarı sualtı qayıqlar"ın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı oyunçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Seçilən
59
4
report.az

7Mənbələr