BAKI, 22 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan mətbuata bildirib.
Xatırladaq ki, ŞƏT-in sammiti avqustun 31-dən sentyabrın 1-dək Çində keçiriləcək. Tədbirdə 20-dən çox ölkə və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.
Çin sədri Si Cipin sammitə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət edib.