AZ

Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrəHÖKUMƏTLƏRARASI KOMİSSİYANIN İCLASI KEÇİRİLƏCƏK

Avqustun 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçiriləcək.

 

APA-nın xəbərinə görə, iclas Həştərxanda baş tutacaq.

 

Komissiyanın iclasında iqtisadi sahədə bir sıra sənədlərin imzalanacağı  gözlənilir.

 

Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.

Seçilən
78
22
senzor.az

10Mənbələr