AZ

Baş prokuror: Vaşinqton görüşü regionda sülhün təmin olunması baxımından tarixi dönüş nöqtəsidir

Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.

"Report"un Laçına ezam olunan müxbiri xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması bu ilin ən mühüm hadisələrindən biridir:

"Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə suveren hüquqlarının tam şəkildə tanınmasının təsdiqidir. Bu diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir".

Seçilən
31
8
report.az

10Mənbələr