AZ

Ermənistanda yüksək rütbəli məmur mənimsəmə faktı üzrə saxlanılıb

"Haypost" şirkətinin direktor müavini Arman Abramyan təxminən 500 min dollar məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət onun Dövlət Əmlakının İdarə Edilməsi Komitəsində işlədiyi dövrdə yol verilmiş mümkün pozuntulardan gedir. Sui-istifadə edilən məbləğ təxminən 200 milyon dram (təxminən 500 min dollar) qiymətləndirilir. Bildirilib ki, o ötən gün saxlanılıb.

Hazırda "Haypost" şirkətinə hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryanın həyat yoldaşı rəhbərlik edir.
Seçilən
51
2
7news.az

10Mənbələr