Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və əlaqədar tədbirlərdə 20-dən çox ölkə və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.
Missiya.Az "NEWSam"-a istinadən xəbər verir ki, sammit avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək.
Bildirilib ki, bu tədbir Çində beşinci dəfə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da sammitə dəvət olunub.
Nurlana ƏhmədovaMissiya.Az