FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
O, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq. Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Ə. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.
Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb