AZ

Tramp Rusiyaya görə Hindistanı cəzalandırır -tarifləri artırır...


ABŞ hələ də Rusiya neftinin alınması ilə əlaqədar Hindistandan mal idxalına rüsumları 25% artırmağı planlaşdırır. Bu barədə ABŞ Prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib."Düşünürəm ki, bu baş verəcək" – deyə o vurğulayıb.

Qeyd edək ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar Hindistandan mallara idxal rüsumlarını 25% (50%-ə qədər) artırdığını elan edib. Qərarın avqustun 27-də qüvvəyə minməsi gözlənilir.

Mətləb Salahov

Seçilən
35
4
baki-xeber.com

6Mənbələr