AZ

Xəstənin lüt görüntüləri və... - "Cərrah" danışdı + VİDEO

Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələn Gülbadə Abdullayeva açıqlama verib.

Mia.az Xəzər TV-yə istinadən xəbər verir ki, G.Abdullayeva yayılan videogörüntülərin həmkarları ilə zarafat məqsədilə çəkildiyini bildirib:

"Uğurlu əməliyyatımın nəticəsində oynayıb-gülmüşük. Öz həmkarlarımız arasında çəkilmiş videodur. Heç bir antisanitar vəziyyət olmayıb, həmin pasiyentin sağlamlığı ilə bağlı da problem yaranmayıb".

Onun sözlərinə görə, videonu özü paylaşmayıb və məsələ ilə bağlı şikayətçidir: "Məni cəmiyyətin gözündən salmaq üçün saç ustası kimi təqdim etdilər, bunlar yalandır. Ali təhsilimi Avropa ölkəsində almışam, lakin Azərbaycanda təsdiq olunmayıb. "UĞUR Estetik Mərkəzi 777"də çalışdığım zaman lisenziya yox idi, buna görə də fəaliyyətimi dayandırdım".

Seçilən
54
20
mia.az

10Mənbələr