AZ

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib



Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub. Onun barəsində məsuliyyət tədbiri görülüb.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Mehman Mehdiyev
Seçilən
39
38
newscenter.az

10Mənbələr