AZ

Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili üçün 300 min xərclənəcək

11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili üçün Bakı Ekspo Mərkəzinin 1-ci (4000 kv.m sahə) və 2-ci (3000 kv.m) zallarının məkanından istifadə xidmətinə görə 313 821 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Paşa Property Management” həyata keçirəcək.

 

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 22 Avqust 2025, 08:11   
Seçilən
10
pravda.az

1Mənbələr