AZ

Çexiya yubanmadan yeni hökumət qurmaq niyyətindədir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Praqa, 22 avqust, AZƏRTAC

Çexiya Prezidenti Pyotr Pavel oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılması prosesini uzatmaq niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Pavel “ČTK” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Deputatlar Palatasına keçən partiyaların nümayəndələri ilə danışıqlara səsvermənin yekunları elan edildikdən dərhal sonra başlanacaq.

Dövlət başçısı güclü siyasi qüvvələrin liderlərinin bəyanatlarına istinad edərək, kabinetin tezliklə formalaşacağına əminliyini ifadə edib. Eyni zamanda o vurğulayıb ki, hökumətin formalaşdırılması üçün heç də həmişə 101 deputatın çoxluğuna əsaslanmaq lazım deyil - sabit azlıqlar kabinetləri də mümkündür və bunun təcrübəsi həm Çexiyada, həm də ondan kənarda mövcuddur.

Pavel həmçinin qeyd edib ki, oktyabr seçkilərinin nəticələri onun ikinci prezidentlik müddətinə namizəd olmaq qərarına təsir edə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
azertag.az

2Mənbələr