AZ

Livan fələstinli döyüşçülərin tərksilahının birinci mərhələsinin başlandığını açıqlayıb

Livandakı Fələstin qruplaşmaları silahlarını hakimiyyətə təhvil verməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Livanın LBC telekanalı məlumat yayıb.

"Livan Beyrutdakı Burj-əl-Bərəcnə düşərgəsindən başlayaraq fələstinli qaçqınlardan silahların müsadirə edilməsi prosesinin birinci mərhələsinə başlayır", - Livan-Fələstin Dialoq Komitəsinin rəhbəri Ramez Dimaşkie deyib.

“Bu addım 2025-ci il mayın 21-də Livan prezidenti Jozef Aun və Fələstin Muxtariyyətinin sədri Mahmud Abbasın Livanın suverenliyini, dövlət hakimiyyətini və silahlar üzərində müstəsna nəzarət prinsipini təsdiqlədikləri Livan-Fələstin sammitinin nəticələrinin bir hissəsidir”, - telekanal bildirib.

Dimaşkie əlavə edib ki, bu addım həm də Livan-Fələstin Dialoq Komitəsinin mayın 23-də baş tutan birgə iclasının nəticələrinə uyğundur. ABŞ-nin Türkiyədəki səfiri Tom Barak tərəflər arasında əldə olunan razılaşmanı alqışladığını deyib.

Seçilən
30
1
report.az

3Mənbələr