AZ

Ağcabədidə maye qazdoldurma məntəqəsinə partlayış - xəsarət alanlar var

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
56
17
azreform.info

10Mənbələr