AZ

Tramp: ABŞ iki həftə ərzində Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişə bilər

BAKI, 21 avqust. TELEQRAF

ABŞ sülh yolu ilə münaqişənin həllinin mümkün olmayacağına qərar verərsə, təxminən iki həftə ərzində Rusiyaya və Ukraynadakı müharibəyə münasibətini dəyişə bilər.

Teleqraf xəbər verir ki, bunu Amerika radiostansiyalarından birinə müsahibəsində ABŞ lideri Donald Tramp deyib.

Ağ Ev rəhbəri bildirib: “Deyərdim ki, iki həftə ərzində bu və ya digər şəkildə bəzi məsələlərə aydınlıq gələcək. Bundan sonra fərqli yanaşmamız ola bilər”.

ABŞ administrasiyasının rəhbəri təfərrüatlar barədə açıqlama verməyib.

Seçilən
251
50
teleqraf.com

10Mənbələr