AZ

Rəqsanənin həyat yoldaşının vəkilindən açıqlama: Qərar veriləcək

Dələduzluqda ittiham olunan müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovun vəkili onun istintaqa cəlb edilməsindən danışıb.

News24.az xəbər verir ki, vəkil Ramal Şahmarov Teleqraf-a açıqlamasında deyib ki, Fazil Əmiraslanov barəsində qərar istintaqdan sonra veriləcək.

“İstintaq prosesi davam edir, yalnız araşdırmalar başa çatdıqdan sonra qərar veriləcək. Hazırda Fazil Əmiraslanov Bakıdadır", - vəkil bildirib.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov video müraciətində 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini açıqlayıb.


Seçilən
170
50
news24.az

10Mənbələr