AZ

Rəqsanənin ərindən ürək parçalayan PAYLAŞIM: "Qızım Mihrimahın... - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov sosial şəbəkədə paylaşımı ilə gündəmə gəlib.

O, "TikTok" hesabında qızları Mihrimahın ifa etdiyi mahnını izləyicilərlə bölüşüb.

Paylaşımına isə həyat yoldaşına sevgisini ifadə edən sözlər əlavə edib:

"Qızım Mihrimahın anasının doğum günündə ifa etdiyi mahnı. Gələcək doğum günündə bir yerdə olmaq diləyi ilə. Sənsiz çox darıxıram".

Əmiraslanov paylaşımında ailə dəyərlərinə xüsusi önəm verdiyini vurğulayaraq Rəqsanəyə olan dəstəyini bir daha nümayiş etdirib. Sosial şəbəkə istifadəçiləri isə həmin görüntünü müsbət qarşılayaraq cütlüyə xoş arzular ünvanlayıblar.
 


 


Seçilən
41
4
7news.az

10Mənbələr