ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi Yaponiyanın Şimoda şəhərində ölü tapılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tokiodakı Yokota Hərbi Hava Qüvvələri bazasından (ABŞ) bildirilib.
Yokota Hərbi Hava Bazasında ABŞ qüvvələrinin Birləşmiş Qərargahı və ABŞ-nin 5-ci Hərbi Hava Qüvvələri yerləşir. Bu, Yaponiyanın əsas hərbi hava limanıdır.