AZ

KİV: Avropa ABŞ-nin F-35-ləri Rumıniyada yerləşdirməsini istəyir

BAKI, 21 avqust. TELEQRAF

Avropanın bir sıra ölkələri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukrayna üçün təhlükəsizlik zəmanətləri çərçivəsində öz qırıcı təyyarələrini Rumıniyada yerləşdirməsini istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti Vaşinqtonda bir neçə NATO ölkəsinin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin apardığı müzakirələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, avropalılar Rumıniyadakı Hərbi Hava Qüvvələri bazasında ABŞ-nin F-35 qırıcı təyyarələrinin yerləşdirilməsini istəyirlər.

Məqalədə həmçinin qeyd olunur ki, Avropa Tramp administrasiyasından Ukraynaya “Patriot” zenit-raket komplekslərinin və NASAMS zenit-raket sistemlərinin tədarükünə, eləcə də gələcəkdə Qara dəniz üzərində kəşfiyyat təyyarələrindən istifadəyə icazə verilməsini xahiş edib.

Seçilən
20
50
teleqraf.com

10Mənbələr