AZ

Küləkli hava nə vaxta qədər davam edəcək?

Azərbaycanda bu gün saat 17:00-a müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində külək əsir.

Bildirilib ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

Seçilən
21
16
olke.az

10Mənbələr