AZ

Küləkli hava şəraiti bu tarixədək davam edəcək

Avqustun 21-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

 

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

Tarix: 21 Avqust 2025, 17:33   
Seçilən
8
30
pravda.az

10Mənbələr