AZ

Rəqsanə İsmayılova zərərçəkənlərə dəyən ziyanı ödəyəcək?

Rəqsanə İsmayılova zərərçəkənlərə dəyən ziyanı ödəyəcək?"Rəqsanə İsmayılovanın xəstəliyi ilə bağlı məhkəməyə hələ ki hər hansı bir sənəd təqdim edilməyib".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması müğənninin vəkili Hikmət Əliyev deyib.

O, müvafiq sənədlər hazır olmadığından bunun hələ ki mümkünsüz olduğunu bildirib.

Vəkil həmçinin dəymiş zərərin ödənilməsi məsələsinə də aydınlıq gətirib:

"Qəbul edilməyən ittihama görə, hər hansı bir zərərin ödənilməsindən söhbət gedə bilməz. Rəqsanə İsmayılova ona irəli sürülmüş ittihamlarla razı deyil. Ona görə də onun ev dustaqlığına buraxılması üçün növbəti mərhələlərdə biz yenidən məhkəməyə müraciət edəcəyik".

15:22

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı qərar qəbul olunaraq Rəqsanə İsmayılovanın şikayəti təmin olunmayıb.

Müğənni barədə birinci instansiyanın seçdiyi həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Seçilən
74
1
sonxeber.az

10Mənbələr