AZ

Britaniya İrana bağlı bir şəxs və dörd quruma sanksiya tətbiq edib

Britaniya

Böyük Britaniya İranla bağlı bir şəxsə və dörd quruma sanksiya tətbiq edib.

APA Britaniya hökumətinə istinadən xəbər verir ki, sanksiyalara məruz qalanlar İranın Ukrayna və İsraildəki fəaliyyətlərini dəstəkləməkdə ittiham olunur.

Sanksiya qoyulan şəxsin iranlı biznesmen Hüseyn Şəmxani olduğu qeyd olunub.

Bildirilib ki, Şəmxani İranın xaricdəki əməliyyatlarını dəstəkləyən fiqurlardan biridir.

Qeyd edək ki, Hüseyn Şamxani İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxaninin oğludur.

O, daha əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi olub.

Seçilən
0
1
xalqcebhesi.az

3Mənbələr