ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniya İranla bağlı bir şəxsə və dörd quruma sanksiya tətbiq edib.
APA Britaniya hökumətinə istinadən xəbər verir ki, sanksiyalara məruz qalanlar İranın Ukrayna və İsraildəki fəaliyyətlərini dəstəkləməkdə ittiham olunur.
Sanksiya qoyulan şəxsin iranlı biznesmen Hüseyn Şəmxani olduğu qeyd olunub.
Bildirilib ki, Şəmxani İranın xaricdəki əməliyyatlarını dəstəkləyən fiqurlardan biridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.