Türkiyə müxalifəti Prezident Rəcəb Tayyib Ərdoğanı bir-birinə qarşı qoymaq məqsədilə xarici işlər naziri Hakan Fidanı hədəfə alıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi yazı dərc edib.
Onun sözlərinə görə, bu günlərdə bir sıra müxalifət mediası Türkiyənin ABŞ-dəki keçmiş səfiri Namik Tana istinad edərək Fidanın ali təhsil diplomunun həqiqiliyinin araşdırılmasının zəruriliyinə toxunan yazılar dərc edib.
Bildirilib ki, kampaniyaya Ankaranın 2016-cı il çevriliş cəhdi ilə əlaqələndirdiyi qadağan olunmuş FETÖ təşkilatı rəhbərlik edir.
"Hakan Fidanı ilk hədəfə alan Özgür Özel (Cümhuriyyət Xalq Partiyasının sədri) Türkiyədə Prezident seçkiləri gündəmdə olmasa da, hakim partiyanın prezidentliyə namizədi kimi Hakan Fidandanın adını çəkir", - deyə vurğulanıb.
Köşə yazarı qeyd edib ki, hakim partiyanın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır.
"Özgür Özəl bunu çox yaxşı bilir. Bəs niyə belə edir? O Ərdoğanla Hakan Fidanı bir-birinə qarşı qoymaq istəyir. Amma nə Ərdoğan o səviyyəyə enəcək, nə də Hakan Fidan bu tələyə düşəcək", - deyə köşə yazarı əlavə edib.
Daşqın HəsənovMissiya.Az