AZ

Pulun psixologiyası: 10 manat borca görə dostunu öldürməyə dəyər?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər ölkəmizdə borca görə bıçaqlanma və qətl hadisələrinin sayı artıb.

Hətta 5, 10 AZN-dək kiçik məbləğlər üstündə dostluqlar pozulur, ailələr parçalanır, hətta faciəvi hadisələr baş verir.

“18 yaşlı gənc borca görə həmyaşıdını bıçaqladı”, “Gəncədə 15 yaşlı yeniyetmə 10 manata görə öldürüldü”, “Öz qardaşını borca görə qətlə yetirdi” kimi xəbərlərin sayı ölkəmizdə artır.

Pulun insan həyatından daha əhəmiyyətli olması və insanlar üçün borcun ölümcül nəticələrə yol açması cəmiyyət üçün artıq təhlükə siqnalıdır.

Bəs pul insanlar üçün niyə bu qədər qiymətli olub?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Sibel Piriyeva bildirib ki, yeniyetmələrdə zorakılıq və deviant davranışlar sosial və psixoloji amillərdən təsirlənir:

“Yeniyetməlik dövrü (təxminən 11–17 yaş arası) insanın şəxsiyyət formalaşmasının ən həssas mərhələlərindən biridir. Bu dövrdə yeniyetmələr özünüifadə, müstəqillik, kimlik axtarışı və sosial qruplara aidiyyət kimi proseslərdən keçir. Bu gedişatda deviant davranışlar da müşahidə oluna bilər. 

Gəncədə baş verən 15 yaşlı uşağın borca görə biçaqlanması yeniyetmələrdə psixoloji olaraq aqressiv davranışlarından - zorakılıq hallar görülür. Bu kimi deviant davranışların səbəbləri isə ailə, məktəb, sosial və fərdi-psixoloji faktorlardır”.

Psixoloq qeyd edib ki, pul stress və deviant davranışlara yol açır, dəstək və düzgün yönləndirmə vacibdir:

“Kapitalizm dövrü pulu insanların yaşama mənbəyinə çevirib. İnsanlar maddi və ekonom vəziyyətinə görə stress, gərginlik, əhval-ruhiyyənin aşağı düşməsi kimi psixoloji hallar yaşayırlar. 

Borc, satqınlık, oğruluq, zorakılıq, siqaret, alkoqol asıllığı və.s deviant davranışların qarşısı alınması üçün sosial-psixoloji və ailə dəstəyi vacibdir. Eyni zamanda, həmin şəxslərin asudə vaxtını düzgün şəkildə dəyərləndirilməlidir. Təbii ki, bu hallar yaşayan insanlar üçün psixoterapiya dəstək almaqları da mütləqdir”.

Gülər

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr