AZ

Rusiya ordusu Xersonu vurdu

Avqustun 21-də Rusiya ordusu Xersonun yaşayış məntəqələrini artilleriyadan atəşə tutub.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Zərbələr nəticəsində 61 yaşlı kişi həlak olub, ikisi polis əməkdaşı olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 nəfər yaralanıb.

İnsan ölümünə səbəb olan hərbi cinayətin törədilməsi (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı ibtidai istintaq başlayıb.

Xəbər 50 dəfə oxunub.
Seçilən
36
xezernews.az

1Mənbələr