AZ

İlon Mask məhkəməyə çağırılıb

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “Bloomberg” agentliyinin məlumatına görə, İlon Mask, “Amerika PAC” siyasi komitəsi vasitəsilə “tərəddüd edən” ştatlarda hər gün 1 milyon dollar məbləğində lotereya oyunları keçirirb. Məbləği udmaq şansı əldə etmək üçün seçicilər şəxsi məlumatlarını paylaşaraq söz azadlığı üçün petisiya imzalamalı idilər. Arizona ştatından bir qadın amerikalı milyarderi seçiciləri aldatmaqda və bu prosesdə şəxsi məlumatlarını əldə etməkdə günahlandıraraq ona qarşı məhkəmə iddiası qaldırıb. “Oadın qaliblərin əslində təsadüfi seçilmədiyini, siyasi komitənin seçki gününə bir neçə gün qalmış təsdiqlədiyi xüsusi meyarlar əsasında müəyyənləşdirildiyini iddia edib. Siyasi komitə bu məlumatı Pensilvaniya ştatının Filadelfiya şəhərinin prokuroru siyasi kampaniyanı “qanunsuz lotereya” kimi qadağan etməyə çalışması fonunda açıqlayıb”, - materialda vurğulanır. Hakim Pitman, iddiaçının qalibin təsadüfi seçildiyinə inanması ilə razılaşıb və buna görə də İlon Maskın iddialara cavab verməsini zəruri sayıb. Sahibkarın vəkilləri agentliyin məsələ ilə bağlı şərh sorğusuna cavab verməyiblər. “Bloomberg” növbəti dinləmənin nə vaxt keçiriləcəyini və ya Maskın nə vaxt prosesdə iştirak etməsinin tələb olunacağını açıqlamayıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
azvision.az

1Mənbələr