AZ

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddinlə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə səfir sosial mediada paylaşım edib.

 

Səfir bildirib ki, Hikmət Hacıyevi Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və regional əlaqələrdə müsbət irəliləyişlər münasibətilə təbrik edib.

Tarix: 21 Avqust 2025, 13:08   
Seçilən
9
43
pravda.az

10Mənbələr