AZ

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Sabunçuda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs edilib.

Bakı şəhər Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində "Kia" markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Xəlilov idarəetməni itirərək "Hyundai" markalı, 99-NV-112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün inzibati qaydada həbs edilib.

Milli.Az

Seçilən
74
23
milli.az

10Mənbələr