AZ

Lukaşenko: Belarus Ermənistan vasitəsilə İran və Fars körfəzinə çıxışda maraqlıdır

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İran bizi Rusiya və İran vasitəsilə logistika marşrutundan daha fəal istifadə etməyə inandırır”

“Avrasiya İqtisadi İttifaqı və İran arasında tam miqyaslı azad ticarət sazişinin işə salınması ticarət əlaqələrinin coğrafiyasını genişləndirir və ölkələr üçün yeni bazarlar açır”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə İran Prezidenti Məsud Pezeşkianla görüşündə deyib.

Bildirib ki, Belarus Ermənistan vasitəsilə İran və Fars körfəzinə çıxışda maraqlıdır: "İran bizi Rusiya və İran vasitəsilə logistika marşrutundan daha fəal istifadə etməyə inandırır. Bizə ilk növbədə bu lazımdır".

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı və İran arasında tam miqyaslı azad ticarət sazişinin işə salınması ticarət əlaqələrinin coğrafiyasını genişləndirir və ölkələr üçün yeni bazarlar açır.

Lukaşenko əlavə edib ki, Belarus İranın Avrasiya İqtisadi İttifaqındakı ticarət-iqtisadi proseslərdə iştirakını alqışlayır. O əmindir ki, bu, İran və Aİİ arasında uzunmüddətli strateji tərəfdaşlığın təməlinin formalaşmasına mühüm töhfədir və bu, onun bütün iştirakçılarının iqtisadi təhlükəsizliyini gücləndirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
ayna.az

1Mənbələr