Millət vəkili Aqil Abbas ötən həftə verdiyi sözə əməl edərək qurbanlıq heyvan kəsdirib.
Bu barədə Far.Az-ə açıqlamasında deputat A.Abbas özü məlumat verib.
O bildirib ki, "Qarabağ"ın səfərdə "Ferentsvaroş"a qələbə qazanmasından sonra qurban kəsməklə bağlı verdiyi sözə əməl edib:
"Bəli, kəndimizdə qurban kəsdirdik və ətini ehtiyaclı insanlara payladıq. Açığı deyim ki, "Qarabağ"ın oyunlarına çox zaman qurban deyirəm və sonra kəsdirirəm.
"Qarabağ"dan növbəti oyunlarda da qələbə gözləyirəm və uğur qazanacağına əminəm".