AZ

Qazaxda köhnə xalça sexinin ərazisində yanğın baş verib

Bakı. Trend:

Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexininərazisində yanğın baş verib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsininqüvvələri əraziyə cəlb olunub.

Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, ocümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısamüddətdə söndürülüb.

Məlumatda bildirilir ki, yanğın nəticəsində açıq ərazidə 500kv.m. sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı tikililəryanğından mühafizə edilib.

Seçilən
62
14
az.trend.az

10Mənbələr