AZ

Köhnə xalça sexində yanğın fəsadsız söndürülüb

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
16
redaktor.az

10Mənbələr