AZ

Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Ekologiya.az-a verilən məlumatda xatırladılıb ki, avqustun 21-i günün ikinci yarısından başlayaraq avqustun 22-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişərək güclü külək əsəcəyi, bəzi rayonlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Məlumatda əhaliyə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq, yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etmək tövsiyə olunur. Həmçinin dənizə girməyin də təhlükəli olduğu qeyd edilir.

FHN, eyni zamanda, əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:

"İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".

Seçilən
66
49
ekologiya.az

10Mənbələr