AZ

Türkiyədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyənin Kayseri şəhərində avtobus qəzası nəticəsində bir nəfər ölüb, 13 nəfər isə yaralanıb.

7News.Az TRT-yə istinadən xəbər verir ki, hadisə Kayseri-Niğde avtomobil yolunda qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus iki yolun ortasındakı betona və ağaclara çırpılaraq 200 metr sürüklənib.

Hadisə yerinə çox sayda polis, jandarm, xilasedici və təcili yardım maşınları cəlb olunub.

Qəzada bir nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 nəfər isə xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, Hataydan Giresuna gedən avtobusda 44 nəfər olub.
 
 

Seçilən
11
1
7news.az

10Mənbələr