Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 14 milyon 470 min 571,55 ton həcmində neft ixrac olunub.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Portuqaliya və Rumıniya daxil olub.
Bu ilin 7 ayında Azərbaycan İtaliyaya 4 milyard 424 milyon 208,27 min ABŞ dolları dəyərində 8 milyon 431 min 427,82 ton, Çexiyaya 547 milyon 91,18 min ABŞ dolları dəyərində 1 milyon 27 min 599,56 ton, Xorvatiyaya 450 milyon 838,01 min ABŞ dolları dəyərində 827 min 707,93 ton xam neft ixrac edib. Portuqaliyaya 385 milyon 76,01 min ABŞ dolları dəyərində 714 min 269,12 ton və Rumıniyaya 378 milyon 39,37 min ABŞ dolları məbləğində 685 min 972,26 ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-iyul ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
№ | Ölkələr | Miqdar (ton) | 2024-cü ilin yanvar-iyul aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2024-cü ilin yanvar-iyul aylarına nisbətən |
1 | İtaliya | 8 431 427,82 | +48,7 % | 4 424 208,27 | +22,9 % |
2 | Çexiya | 1 027 599,56 | +9,1 % | 547 091,18 | -8,4 % |
3 | Xorvatiya | 827 707,93 | -4,5 % | 450 838,01 | -17,6 % |
4 | Portuqaliya | 714 269,12 | +11,6 % | 385 076,01 | -4,8 % |
5 | Rumıniya | 685 972,26 | +58,2 % | 378 039,37 | +40,4 % |
6 | Almaniya | 661 678,87 | +24,8 % | 356 684,67 | +2,4 % |
7 | Böyük Britaniya | 459 741,47 | -29,2 % | 212 815,03 | -45,6 % |
8 | İrlandiya | 331 558,01 | -* | 174 262,24 | -* |
9 | Yunanıstan | 232 396,39 | +1,8 % | 128 990,34 | -10,9 % |
10 | Niderland | 223 330,7 | +32,2 % | 126 482,41 | +18,4 % |
11 | Tailand | 137 785,75 | -63,4 % | 75 910,84 | -67,6 % |
12 | İndoneziya | 130 925,36 | -38 % | 72 131,22 | -44,5 % |
13 | Tunis | 125 674,35 | -51 % | 67 934,47 | -58,6 % |
14 | İsveçrə | 89 696,92 | -* | 53 857,85 | -* |
15 | Danimarka | 88 157,38 | -* | 49 689,27 | -* |
16 | Bolqarıstan | 79 260,85 | -* | 48 231,11 | -* |
17 | Avstriya | 90 177,31 | -* | 42 664,79 | -* |
18 | Fransa | 81 701,93 | -8,9 % | 41 316,86 | -27,6 % |
19 | Türkiyə | 51 509,56 | 5,2 dəfə | 24 006,16 | 6,2 dəfə |
Cəmi | 14 470 571,55 | -1,5 % | 7 660 230,09 | -17 % |