AZ

"Putin çox ehtiyatlıdır"

"Putin

ABŞ-ın vitse-prezidenti J.D.Vens Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları təəssüratlarını bölüşərək, Rusiya liderini ünsiyyətdə ümumi hesab ediləndən daha yumşaq, lakin eyni zamanda çox hesablı və ehtiyatlı biri kimi xarakterizə edib.

Vens deyib ki, o, Putinlə heç vaxt şəxsən görüşməyib, lakin onunla bir neçə dəfə telefonla danışıb. "O, gözlədiyinizdən də yumşaqdır. Bilirsiniz, Amerika mediasında onun haqqında müəyyən təsəvvür var. O, özünəməxsus şəkildə yumşaqdır. Çox ehtiyatlıdır", - vitse-prezident Fox News-a müsahibəsində deyib.

Vensın fikrincə, Putin “Rusiyanın maraqlarını gördüyü kimi düşünən oğlandır”. “Və məncə, onun ABŞ prezidentinə hörmət etməsinin səbəblərindən biri o, prezidentin Amerika xalqının maraqlarına əhəmiyyət verdiyini bilməsidir”, - ABŞ vitse-prezidenti izah edib.

Cavid

Seçilən
7
xalqcebhesi.az

1Mənbələr