AZ

Tovuzda zəhərlənən şəxslərin kimliyi bilindi – YENİLƏNİB

Tovuz rayonunda qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.

Bakues.az xəbər verir ki, 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il təvəllüdlü Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyev qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, həmin şəxslərin dönərdən zəhərləndiyi ehtimal olunur. Hadisə rayonun Əyyublu kəndində baş verib.

***

00:21

Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Bakues.az xəbər verir ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
44
1
icma.az

2Mənbələr