AZ

“Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq

İngiltərənin "Mançester Siti” klubu müdafiəçisi Riko Luislə müqavilə müddətini uzadacaq. 20 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub. SİA xəbər verir ki, mənbənin məlumatına görə, hazırkı müqaviləsi 2028-ci ilə qədər olan oyunçu "şəhərlilər"dən ayrılmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Riko Luis "Mançester Siti"nin yetirməsidir və 2022-ci ildən bu klubda çıxış edir. O, ötən mövsüm 44 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
19
2
sia.az

3Mənbələr