AZ

“Barselona”nın oyunçusuna təklif göndərdi - Premyer Liqa klubu

“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi Mark Kasado üçün transfer təklifi edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

London təmsilçisi, həmçinin, Mateus Fernandeşi (“Sauthempton”) də heyətinə qatmaq istəyir və 21 yaşlı futbolçu üçün təklif göndərib.

Kasadoya maraq göstərən digər klub isə “Vulverhempton”dur. Əvvəlki məlumatlara görə, İngiltərə klubları ispaniyalı oyunçu üçün 30 milyon avro təklif edə bilər.

Kasado ötən mövsüm La Liqada 23 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
58
8
sportinfo.az

10Mənbələr