AZ

“Qarabağ”, jurnalistlər, “vəkillər” və azarkeşlər

Azərbaycanda hər sahədə insan izi at izinə, it izinə qarışdığı kimi, futbolda da qarışıb.

Bilmirsən jurnalistdir, yoxsa, hansısa klubun vəkili, bilmirsən azarkeşdir, yoxsa, jurnalist. Adam bütün bu səs-küyün, qaragüruhun içində abrına qısılıb susmaq istəyir.

İstəyir ki, “hər kəsin danışmaq, fikir bildirmək özgürlüyü var” kimi demokratik dəyərlərin vazkeçilməz prinsipinə sayğı göstərsin.

Amma boş qabdan necə səs çıxarsa, boş başlardan da çıxan səslər qulağına kimi gəlib çatır və istəsən də, istəməsən də, eşitməli olursan. Eşidirsən və mat-məəttəl qalırsan insan izinin at, it izinə qarışdığı yerdə.

Sizə kim deyib, harda deyib, necə izah edib ki, Çempionlar Liqasının liqa mərhələsinə çıxmağa hazırlaşan komandaya – “Qarabağ”a Avropanın bir nömrəli turnirinə yaraşan hücumçu lazım olmamalıdır? Sizə kim başa salıb ki, hazırda “Qarabağ”ın möhtac və məhkum olduğu yerli hücumçular sabah ən böyüklərin, ən nəhənglərin olduğu Çempionlar Liqasında hücumdakı yükü daşıyacaq? Siz Allah, futbola baxırsız siz? Müasir futbolda hücumçulardan nələr tələb olunduğunu bilirsiz? Yaxşı hücumçunun hansı keyfiyyətlərə sahib olmalı olduğu haqda fikriniz var? “Qarabağ”ın bəlkə, bundan da nisbətən güclü heyətlə ötən mövsüm Avropa Liqasında zar-zor bir qələbə qazanması yadınızdadır, ya yaddaşınız pozulub?

Hər kəs işiylə məşğul olmalıdır, klub da, jurnalist də, azarkeş də, vəkil də.

Rəşad Ergün

Seçilən
14
sportinfo.az

1Mənbələr