AZ

"Ola bilsin ki, müqaviləmi daha iki il uzadacam" - Gələcəyi ilə bağlı açıqlama verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda komandada qalmaq fikrində olduğunu söyləyib:

“Müqaviləmdə daha iki il var. Ola bilsin ki, müqaviləmi daha iki il uzadacam.

Ona görə də sual ondan ibarətdir ki, nə vaxt dayanacam: bu il, iki ildən sonra, dörd ildən sonra? Mütləq fasilə verəcəm. Amma hazırda özümü yaxşı hiss edirəm”.

İspaniyalı mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.

“Şəhərlilər” yeni mövsümün ilk turunda “Vulverhempton”u 4:0 hesabı ilə məğlub edib.

Seçilən
18
sportinfo.az

1Mənbələr