AZ

İllərdir baxımsız qalan keçid: Sakinlər təhlükə altında - Video

Sosial şəbəkədə Biləcəri stansiyası yaxınlığında yerləşən yerüstü piyada keçidinin bərbad vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Məlumata görə, pilləkənlər dağılıb və istifadəyə yararsız hala düşüb, keçidin müxtəlif hissələrində çatlar əmələ gəlib. Ərazidəki elektrik xətlərinin izolyasiyasının açıq olması isə əlavə təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun illərdir davam edir. Sezar pizza

"Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, qurum vəziyyətdən xəbərdardır və yaxın vaxtlarda keçidin təmirinə başlanılacaq.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Seçilən
40
2
yenisabah.az

3Mənbələr