AZ

Şəmkirdə dönərdən zəhərlənənlərin - Adları+Yenilənib

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, 11 nəfər böyük və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həmin şəxslərin vəziyyəti orta-ağırdır. 

Hadisənin təfərrüatları araşdırılır.

***

Şəmkirdə zəhərlənənlərin kimliyi bilinib.

Xədicə Abbasova (2014), Ömər Abbasov (2020), Şəmkir rayonunun Düyərli kənd sakinləri Novruz Süleymanlı (1996), Türkan Süleymanova (1998), Aygün Vəliyeva (1998), Rübabə Əhmədova (1975), Aytac Qurbanova (2020), Duyğu Bayramlı (2019), Şahnaz Babayeva (2011), Aydan Hüseynova (2022), Hüseyn İsmayılov (2016), Səbuhi İsmayılov (2019), Gülər Bayramlı (1986), Gədəbəy rayon sakini Vüsal Hüseynov (1990).

İlkin məlumata görə, həmin şəxslər  “Almalı” dönər evində yedikləri dönərdən zəhərləniblər. Siyahının artma ehtimalı var.

Xatırladaq ki, Tovuzda da 4 nəfər dönərdən zəhərlənib.

Yunis Quliyev

Seçilən
52
3
qafqazinfo.az

6Mənbələr