AZ

Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi bilindi - SİYAHI + YENİLƏNİB

Şəmkir rayonunda dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Şəmkir şəhər sakinləri, 2014-cü il təvəllüdlü Xədicə Abbasova, 2020-ci il təvəllüdlü Ömər Abbasov, Şəmkir rayonunun Düyərli kənd sakinləri, 1996-cı il təvəllüdlü Novruz Süleymanlı, 1998-ci il təvəllüdlü Türkan Süleymanova, onun həmyaşıdı Aygün Vəliyeva, 1975-ci il təvəllüdlü Rübabə Əhmədova, 2020-ci il təvəllüdlü Aytac Qurbanova, 2019-cu il təvəllüdlü Duyğu Bayramlı, 2011-ci il təvəllüdlü Şahnaz Babayeva, 2022-ci il təvəllüdlü Aydan Hüseynova, 2016-cı il təvəllüdlü Hüseyn İsmayılov, 2019-cu il təvəllüdlü Səbuhi İsmayılov, 1986-cı il təvəllüdlü Gülər Bayramlı, Gədəbəy rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Hüseynov dönərdən zəhərlənib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxslərin əksəriyyəti Şəmkir rayonunun özündən və rayonun kəndlərinin sakinləridir. Həmçinin siyahıda Gədəbəy rayon sakini də var.

İlkin məlumata görə, həmin şəxslər "Almalı" dönər evində yedikləri dönərdən zəhərləniblər. Siyahının artma ehtimalı var.

***

00:41

Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, 20-dən çox şəxs dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin şəxslərin vəziyyəti orta-ağırdır. Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, bu gün Tovuz rayonunun Əyyublu kəndində 5 nəfər dönərdən zəhərlənib.

Seçilən
46
4
bakivaxti.az

6Mənbələr