AZ

“Sabah” iki məşqçi ilə müqavilə bağladı

“Sabah” basketbol klubunun məşqçilər korpusunda dəyişiklik olub.

"Football-plus.az" xəbər ki, komanda iki mütəxəssislə müqavilə imzalayıb.

Aleksandar Trifunoviç "Sabah"ın məşqçilər heyətində yer alacaq. Tanınmış serb mütəxəssis karyerası ərzində “Srvena Zvezda”, “Jalgiris”, “Ritas” kimi klublarda işləyib. 2022-ci ildə bir müddət milli komandamıza da rəhbərlik edən Aleksandar Trifunoviçlə 1 illik müqavilə imzalanıb.

Litvalı köməkçi məşqçi Mindauqas Janiska ilə də 1 illik razılıq əldə olunub.

Seçilən
81
27
football-plus.az

10Mənbələr