AZ

Türkiyədə «Zəngəzur dəhlizi» gündəmdə


Türkiyədə «Zəngəzur dəhlizi» layihəsi ilə bağlı mühüm addım atılır.
Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Qars–Iğdır–Aralıq–Dilucu dəmir yolunun tikintisinə avqustun 22-də başlanacağını açıqlayıb. Onun sözlərinə görə, yeni dəmir yolu Cənubi Qafqazda əməkdaşlığa böyük töhfə verəcək. Nazir əlavə edib ki, Zəngəzur dəhlizi istifadəyə veriləndə Pekindən Londona qədər yük daşımalarının səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq.
Rəsmi məlumata görə, layihənin uzunluğu 224 kilometr olacaq, maliyyələşmə 2,4 milyard avro kredit hesabına təmin ediləcək. İnfrastruktur çərçivəsində 5 tunel, 10 körpü və digər mühüm obyektlər inşa ediləcək. Yolun illik daşıma gücü isə 5,5 milyon sərnişin və 15 milyon ton yük həcmi ilə nəzərdə tutulur.
Ekspertlər bildirirlər ki, bu addım Şərqi Anadolunun iqtisadiyyatına əlavə güc verəcək və regionun nəqliyyat-logistika imkanlarını daha da genişləndirəcək. \\Musavat.com

Seçilən
35
2
gender.az

3Mənbələr