AZ

İsraildə etirazlar: Orduya çağırış qərarına qarşı aksiyalar başladı - VİDEO

İsraildə ultraortodoks yəhudilər kütləvi etiraz aksiyası keçiriblər.

Etirazçılar magistral yollara uzanaraq nəqliyyatın hərəkətinə mane olublar, bəzi hallarda avtomobillərin üzərinə atılıblar. Bu səbəbdən bir sıra ərazilərdə ciddi tıxac yaranıb.

Məlumata görə, aksiyaların səbəbi hökumətin Qəzzada yeni əməliyyatla bağlı Əlahiddə Qoşunlara əlavə ehtiyat qüvvələr çağırmaq qərarıdır.

Ortodoks icması hesab edir ki, onların gənclərinin hərbi xidmətə cəlb olunması dini azadlıqların pozulması deməkdir.

Hadisə ilə bağlı İsrail polisi etirazların qarşısını almaq üçün gücləndirilmiş rejimdə xidmət aparır. 

Whatsapp

 

Musavat.com

Seçilən
30
1
hurriyyet.az

2Mənbələr